Qazaxıstanda saxlanılan repçi Navai tənqid olunan təcridxanaya salındı

 Qazaxıstanda saxlanılan repçi Navai tənqid olunan təcridxanaya salındı

Rusiya şou-biznesində tanınan azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) Qazaxıstanda məbuslara işgəncə verilməsi ilə gündəmə gələn istintaq təcridxanasına (SİZO) yerləşdirilib. Bu barədə məlumatı Mash Telegram kanalı yayıb.

SİZO-13 və işgəncə qalmaqalı: Məlumata görə, repçinin saxlanıldığı Taraz şəhərindəki 13 nömrəli İstintaq Təcridxanası 2022-ci ildə məhbuslarla qəddar rəftar və işgəncə faktlarına görə xəbər gündəminə düşmüşdü. Baş verən rezonansdan sonra Qazaxıstan Baş Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı cinayət işləri başlatmışdı.

Mövcud vəziyyət: Mash-ın məlumatına əsasən, Nəvai Bəkirov hazırda təcridxanada təkadamlıq kamerada saxlanılır. İfaçının vəkili işin yaxın üç həftə ərzində yekunlaşacağına ümid edir.

Digər yazılar