Qaraqoyunlu.com

Qaraqoyunlu.com – Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqoyunlu mahalının adını daşıyan, tarixi yaddaşın qorunmasına, həqiqətlərin gələcək nəsillərə çatdırılmasına və cəmiyyətin operativ informasiya ilə təmin edilməsinə xidmət edən informasiya portalıdır.

Babək Göyüş

Baş redaktor

MƏQSƏDİ

Saytın əsas məqsədlərindən biri 1988-ci ilin sonlarında erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından zorla çıxarılan Qaraqoyunlu mahalı sakinlərinin taleyini, onların yaşadıqları acı xatirələri, zəngin mədəni irsini və doğma torpaqlara qayıdış arzularını yaşatmaqdır. Bu torpaqlardan didərgin salınmış soydaşlarımızın ən böyük arzusu bir gün öz dədə-baba yurdlarına dönmək, dağıdılmış evlərini, müqəddəs ocaqlarını və viran qoyulmuş əziz məzarlarını ziyarət etməkdir.

Qaraqoyunlu.com eyni zamanda Azərbaycanın və dünyanın müxtəlif bölgələrində baş verən ictimai-siyasi, iqtisadi, sosial, mədəni və idman sahələrindəki ən mühüm hadisələri operativ, obyektiv və dəqiq şəkildə oxucularına çatdırmağı, cəmiyyətin məlumatlandırılmasına və maarifləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyur.

Portalda Qaraqoyunlu mahalında doğulub boya-başa çatmış tanınmış şəxsiyyətlər, ziyalılar və el ağsaqqalları haqqında filmlər, reportajlar, müsahibələr və həyat hekayələri təqdim olunur. Bununla yanaşı, Vətən uğrunda canından keçmiş I və II Qarabağ müharibəsi şəhidlərinin ömür yolu, döyüş xatirələri, eləcə də müharibə iştirakçılarının qəhrəmanlıq salnaməsi video formatında oxucuların ixtiyarına verilir.

Qaraqoyunlu.com tarixə ehtiramı, milli-mənəvi dəyərlərin qorunmasını, həqiqətlərin dünyaya çatdırılmasını və Azərbaycançılıq məfkurəsinin təbliğini özünün əsas fəaliyyət prinsipləri hesab edir. Sayt keçmişi yaşadaraq gələcəyə işıq tutmağı, doğma yurd sevgisini və Vətənə bağlılıq hissini hər zaman yaşatmağı özünə mənəvi borc bilir.