Ararat Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsi ehtimalını açıqladı

 Ararat Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsi ehtimalını açıqladı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında anklav və eksklavların mübadiləsi imkanını istisna etməyib.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, ərazilərin qarşılıqlı mübadiləsi delimitasiya və sülh prosesində mümkün həll yollarından biridir, lakin tərəflər digər alternatvləri də nəzərdən keçirə bilərlər.

“Tərəflərin malik olduğu anklavlar… biri bir ölkədə, digəri isə digərində qala bilər. Mübadilə olunması da mümkündür, başqa variantlar da nəzərdən keçirilə bilər”, — deyə Mirzoyan bəyan edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da sülh sazişi çərçivəsində sərhəd xəttində heç bir anklav və eksklavın qalmaması prinsipini dəstəklədiyini və tərəflər arasında eyni ölçülü ərazi mübadiləsinin aparıla biləcəyini vurğulamışdı.

Digər yazılar