“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb
“28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.
Moskva prospekti, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib. Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə, metronun “20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.
