Qazaxda açıq ərazidə yanğın olub – VİDEO

 Qazaxda açıq ərazidə yanğın olub – VİDEO

Qazax rayonunun Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.

FHN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 1 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Digər yazılar