Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü

 Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü

İyulun 21-23-də keçirilən avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarında ən çox azarkeş toplayan matçların siyahısı açıqlanıb.

Bu haqda “Football Meets Data” nəşri yazıb.

“Qarabağ”ın Bolqarıstanın SSKA klubuna qarşı Bakıda keçirdiyi Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk görüşünü 23 min 813 azarkeş izləyib. Bu göstərici ilə Ağdam təmsilçisi həftənin ən yüksək tamaşaçı sayına malik 5-ci komandası olub.

İlk dördlükdə isə “Fənərbaxça” – “Qurnik” (38 604), “Beşiktaş” – “Midtyulland” (31 471), “Hayduk” – “Pafos” (27 752) və “Tvente” – “Ferensvaroş” (27 500) matçları qərarlaşıb.

Digər yazılar