Rumıniya Prezidenti: PUA F-16 qırıcısı tərəfindən vurulub
Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, bu səhər ölkənin hava məkanında aşkarlanan pilotsuz uçuş aparatı F-16 qırıcısı tərəfindən məhv edilib.
Rumıniya Prezidenti bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, PUA Dunay deltasında, Sfantu Gheorghe yaşayış məntəqəsindən təxminən 10 kilometr qərbdə vurulub.
Nikuşor Dan hadisə ilə bağlı məlumatların araşdırıldığını və aidiyyəti qurumların vəziyyəti izlədiyini qeyd edib.