Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq

Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün 1 milyard avro ayıracaq.

“Reuters”ə istinadən xəbər verilir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

“Vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara kömək edən sərhədyanı dövlətlərə gedəcək”, – fon der Lyayen qeyd edib.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

Paylaşın: