Ukrayna ordusu Xarkov vilayətinin daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Olxovka kəndini Rusiya hərbçilərindən tamamilə azad edib.

Bu barədə Xarkov qarnizonunun rəisi Sergey Melnik feysbukda məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna hərbçiləri yerli sakinlərə humanitar yardım edib.

“Xarkov vilayətində daha bir istiqamət düşməndən azad edilib – Olxovka kəndi! Bu istiqamətdə vəziyyətə Xarkov vilayətinin təhlükəsizlik və müdafiə sektorunun qüvvələri idarə və nəzarət edir”, – Melnik yazıb.

O, həmçinin əlavə edib ki, yerli sakinlərə ərzaq dəstləri və məişət, şəxsi gigiyena vasitələri olaraq zəruri humanitar yardım göstərilib.

Paylaşın: