Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

Yığma Bolqarıstan ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan milliləri qarşılaşacaqlar.

“FIFA series – Edition 2024”

25 mart

20:00. Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Paylaşın: