Şirvanda avtomobil FHN əməkdaşını vuraraq öldürdü

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaşın: