Türkiyədə 10 fabrik yanıb

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda sənaye zonasında fabrikdə baş verən yanğın nəzarət altına alınıb.

“TRT Haber”ə istinadən xəbər verilir ki, küləyin təsiri ilə ətrafa yayılan yanğın meşə məhsulları fabriklərini də bürüyüb.

Təxminən 10 fabrik yanıb. İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib. Bölgədə zaman-zaman partlayışlar meydana gəlib.

Ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər boşaldılıb.

Soyutma tədbirləri davam etdirilir.

Paylaşın: