İranda vətəndaşlar etirazlarını maraqlı formada nümayiş etdiriblər.
Kermanşah əyalət valiliyinin işçiləri məişət problemlərinə görə valiliyin həyətində aksiya keçiriblər. Onlar yerə boş süfrə sərərək sosial-iqtisadi problemlərini qeyri-adi formada nümayiş etdiriblər.
Qeyd edək ki, İranda siyasi problemlərlə bağlı etirazlar artmaqdadır. Ölkədə tüğyan edən siyasi böhran azmış kimi, repressiv rejim insanları sosial-iqtisadi basqılar altında da saxlamağa çalışır.
Amma müxtəlif peşə sahibləri, ziyalılar, pensiyaçılar ümumilikdə xalq tez-tez aksiyalar keçirərək rejimin sərt idarəçilik sisteminə öz etirazını bildirir.