Azərbaycan çempionatında yaşıl meydanlarda nadir görünən qol vuruldu – VİDEO

Futbol üzrə Azərbaycan I Divizionun 28-ci turunda yaşıl meydanlarda nadir görünən qol vurulub.

“Araz Naxçıvan” – “Səbail-2” matçında birincilərin oyunçusu Bayraməli Qurbanov künc zərbəsindən birbaşa topu qapıya göndərib. Bu, qarşılaşmanın 78-ci dəqiqəsində qeydə alınıb.

Görüş “Araz Naxçıvan”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Paylaşın: