Beynəlxalq Olimpiya Komitəsi ukraynalı idmançılara maliyyə yardımı ayırıb

Beynəlxalq Olimpiya Komitəsi (IOC) ukraynalı idmançılara 2 milyon ABŞ dollarından çox ianə edib.

Bu barədə IOC prezidenti Tomas Bax qurumun rəsmi saytına açıqlama verib.

Funksioner hazırkı çətin şəraitdə idmançılara verdikləri dəstəkdən məmnunluğunu bildirib. O bildirib ki, olimpiya ailəsinin lazımi məqamda bir araya gəlmək və ehtiyac duyulan yardımı etmək bacarığında olması çox təsirlidir.

Qeyd edək ki, daha əvvəl UEFA Ukraynada müharibədən əziyyət çəkən uşaqlara 1,1 milyon avro vəsait ayırıb.

Paylaşın: