Ermənistanda müəllim 3 uşağa su şüşəsi ilə xəsarət yetirdi

Bu gün Artaşat rayon polisinə 2 saylı orta məktəbin müəllimi, 42 yaşlı Ararat rayon sakini Nelli N.-nin 3 şagirdi vurması barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə erməni mediasına istinadən bildirilir ki, müəllim su şüşəsi ilə 6-cı sinif olan 10 və 11 yaşlarında üç uşağa xəsarət yetirib.

Fotojurnalist Qaqik Şamşyanın verdiyi məlumata görə, polisin əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin gün saat 12:00 radələrində Nelly N.-nin başına və kürəyinə su şüşəsi ilə zərbələr endirilib. Uşaqlardan ikisi məktəb xəstəxanasına aparılıb və onların kəllə-beyin travması aldıqları məlum olub.

Faktla bağlı Artaşat RPŞ-də sənədlər tərtib edilərək Ararat Rayon İstintaq Şöbəsinə təhvil verilib.

Paylaşın: