Ötən gün polis binasına hücum edən silahlı şəxslər Milli Demokratik Qütbün üzvləridir.
Bunu jurnalistlərlə açıqlamasında Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.
Onun sözlərinə görə, faktla bağlı cinayət işi başlanıb. O, başqa təfərrüatları açıqlamayıb.
Sarkisyan qeyd edib ki, qanunsuz silah gəzdirməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb. Lakin qanunsuz silah aşkar olunmadığı üçün onlar sərbəst buraxılıb. O əmin edib ki, həmin şəxslər Voskepara sərbəst gedə bilərlər.
Xatırladaq ki, ötən gün üç silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində iki nəfər yaralanıb. Hadisə 49 nəfərin saxlanmasından və Voskepara giriş qadağasından sonra baş verib.