Real TV-nin “Profil” layihəsinin budəfəki qonağı general-mayor Natiq Əliyev olub. O, aparıcı Kamran Qasımovla söhbətdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən çoxşaxəli fəaliyyəti, özəlliklə də hərbi hospitala göstərdiyi qayğıdan danışıb.
“Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçiləndə Naxçıvan hərbi hospitalında milli kadr çatışmazlığı vardı. Heydər Əliyev hospitala gələrək milli kadr siyasəti ilə bağlı ciddi tapşırıqlar verdi. Xarici ölkələrdən təcili yardım maşınlarının alınmasını təmin etdi. Təsəvvür edirsiniz, o vaxt Bakıda belə müasir təcili yardım maşınları yox idi, amma Heydər Əliyev Naxçıvana müasir maşınların gətirilməsinə nail oldu”, – deyə general-mayor bildirib.
Maraqlı söhbətin tamamı Youtube kanalında da yayımlanıb.