Zelenski Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya elektrik avadanlıqları alınması və göndərilməsi məqsədilə 7,6 milyon dollar ayırmasına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Volodimir Zelenski tviter səhifəsində yazıb: “Ukraynanın ehtiyacları üçün enerji avadanlıqlarının alınması məqsədilə yardımın ayrılmasına dair Sərəncama görə Prezident İlham Əliyevə minnətdaram. Bu dəstək təcavüzkarın davamlı hücumları qarşısında enerji sektorunun sabitliyini təmin etmək üçün vacibdir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”.

Paylaşın: