Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:02-də şəhərin Pütürge rayonunda 6,2 km dərinlikdə meydana gəlib.
Hələlik dağıntı və itki barədə məlumat verilmir.