2020-ci ildə İlham Əliyevin rəhbərliyi altında Ermənistan üzərində qazanılmış qələbə Azərbaycanın müstəqillik və ərazi bütövlüyü tarixinə qızıl hərflərlə yazıldı.
2023-cu il sentyabrın 19-20-də isə Ordumuz Qarabağı və Şərqi Zəngəzuru işğaldan tamamilə azad etdi və bütün yaşayış məntəqələrimizə üçrəngli bayrağımızı sancdı.
Bu qələbə, İlham Əliyevin uzaqgörən siyasi iradəsi, diplomatik bacarığı ilə mümkün oldu.
2003-cü ildən bəri Prezidentin sözü və imzası Azərbaycanı beynəlxalq arenada daha da güclü bir ölkəyə çevirdi.
Fəxrlə deyə bilərik ki, onun dövlət idarəçiliyində uzun illər ərzində göstərdiyi fəaliyyət və həyata keçirdiyi islahatlar Azərbaycanın inkişafını təmin edib.
Sabah Qələbəmizin Sərkərdəsi İlham Əliyevin 63 yaşı tamam olur. Artıq 4-cü ildir ki, Azərbaycan lideri doğum gününü fəxrlə və başıuca qeyd edir.
İndi İlham Əliyevin ad gününün, xüsusilə Vətən müharibəsindən sonra, xalq tərəfindən həm dövlətçilik sahəsində nailiyyətlərinə, həm də ölkənin ərazi bütövlüyünün bərpasında oynadığı əsas rola görə xüsusi yeri var.
Uzun illər qonşu Rusiyada yaşayan bir azərbaycanlı kimi mən də Dövlət başçımızın xidmətlərini yüksək qiymətləndirirəm və onu ürəkdən təbrik edirəm.
Arzum budur ki, Qərbi Azərbaycanlı kimi biz də öz dədə-baba ocağımıza qayıdaq, 1988-ci ildən bəri sönmüş sobamızı qalayaq, palıd ağacının tüstüsü Qaraqoyunlu dərəsinin səmasına qalxsın.
Çalmalıdan Qazaxa doğru uzanan vadidən yalnız Azərbaycan türklərinin səsi eşidilsin, hay-küyü dərə-təpələri aşsın.
Bu arzumuzu isə reallaşdıra bilən yeganə ŞƏXS İlham Əliyevdir.
O, nəyin, nə vaxt baş tutacağını hamıdan yaxşı bilir.
TƏBRİKLƏR, CƏNAB PREZİDENT!!!
Şakir Göyüşov