Kadırovun oğlu Rekordlar Kitabına düşdü

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov Rusiya Federasiyası subyektinin rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri kimi Rusiyanın Rekordlar Kitabına düşüb.

TASS-a istinadən xəbər verilir ki, bunu Qroznıda keçirilən ASA 180 MMA turniri zamanı Rusiyanın Rekordlar Kitabının baş redaktoru Stanislav Konenko açıqlayıb.

Konenko gənc Kadırova Rusiyanın Rekordlar Kitabını populyarlaşdırdığına görə medal da təqdim edib. Turnirdə rayon rəhbəri Ramzan Kadırov da iştirak edib.

“Rekordsmen” özü deyib: “Çox xoş hisslərdir. Biz bununla kifayətlənmək fikrində deyilik. Qarşıda daha çox işlər var”.

Paylaşın: