Azərbaycanlılar itə görə direktoru döydülər

Xakasiya Respublikasında azərbaycanlılar muzey direktorunu döyüblər.

Hadisə bu il iyulun 23-də baş verib. Həmin gün “Salbıq çölünün qədim kurqanları” muzeyinin direktoru öz avtomobilində turist qrupu ilə Ust-Abakan bölgəsinə ekskursiyaya gedib.

Bu zaman o, yaxınlıqda fermada işləyən 23 və 47 yaşlarında olan iki Azərbaycan Respublikası vətəndaşı tərəfindən avtomobildə təqib olunmağa başlayıb. Azərbaycanlılar muzey müdirinin yolda it vurduğunu güman edərək, öz maşınları ilə ona yetişib, yolunu kəsiblər. Turistlərin gözü qarşısında onlar müdirin paltarından tutmağa başlayıblar. Onu kabinədən çıxarıblar, bundan sonra təqsirləndirilən şəxslərdən biri onun üzünə üç yumruq zərbəsi endirib.

Məlumata görə, əslində it muzey direktorunun avtomobilinə hürüb sonra qaçıb. Azərbaycanlılar isə adamın onu vurduğunu güman ediblər.

Döyülmə faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı (Xuliqanlıq motivləri ilə döyülmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq yekunlaşıb və məhkəməyə göndərilib. Həmin maddə üzrə onları 2 ilə qədər həbs cəzası gözləyir./Lent.az

Paylaşın: