Avropa İttifaqının Moskvada “Crocus City Hall”da baş vermiş terror aktı ilə Ukraynanın əlaqəsi ola biləcəyinə dair heç bir sübutu yoxdur.
Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.
“Əlbəttə, biz tamamilə rədd edirik. Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur”, – o deyib.