Milli Məclisin deputatı Xankəndidə yaşayan erməniəsilli sakinlərə ərzaq payladı – FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın rəhbər işçi heyəti Xankəndidə yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.

AzQAC-dan bildirilib ki, ziyarət zamanı onlarla müvafiq söhbətlər aparılıb, həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub.

Daha sonra AzQAC-ın prezidenti Novruz Aslanov bu cür görüşlərin davamlı keçiriləcəyini, onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb.

Erməniəsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Paylaşın: