Ukrayna azad edilən ərazilərin sahəsini açıqlayıb

Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayandan bəri ölkənin cənubunda və şərqində təxminən 241 kvadratkilometr ərazini azad edə bilib.

“RBK-Ukrayna”ya istinadən xəbər verilir ki, bu barədə telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Baxmut istiqamətindən danışsaq, orada 2 kvadrat kilometr, toplamda isə artıq 37 kvadratkilometr ərazi azad edilib. Cənubdan danışsaq, son bir həftə ərzində 12 kvadratkilometrdən çox ərazi, toplamda isə 204 kvadratkilometrdən çox ərazi azad edilib”, – o deyib.

Nazir müavini hazırda Ukrayna ordusunun bütün istiqamətlərdə tədricən irəliləməyə davam etdiyini diqqətə çatdırıb. “Şərqdə bu, təkcə Baxmut istiqaməti deyil, amma orada möhkəmlənmək lazımdır. Belə olduqda uğurlar haqqında məlumatlar verilə biləcək”, – nazir müavini söyləyib.

Paylaşın: