Kreml: “Ukrayna ilə dialoqa hazırıq”

“Rusiya böhranın nizamlanması üçün Ukrayna ilə dialoqa hazırdır”.

TASS-a istinadən xəbər verilir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ukrayna hazırda çətin vəziyyətdədir: “Buna baxmayaraq, rəsmi Kiyev fürsətləri qiymətləndirmir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Paylaşın: