Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna (polkovnik Elmir Zülfüqar oğlu İbrahimov, polkovnik Arif Həsən oğlu Həsənov, polkovnik İslam Şixzadə oğlu Əmirağayev, polkovnik Bilal İsmayıl oğlu Çompuzov və polkovnik İlqar Saab oğlu Qafarov) “general-mayor” ali hərbi rütbəsi verilib.
Qaraqoyunlu.com xəbər verir ki, general-mayor Elmir Zülfüqar oğlu İbrahimov əslən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindəndir.
O, əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.
Qaraqoyunlu.com xəbər portalının Baş direktoru Şakir Göyüşov və yaradıcı kollektivi onu yeni hərbi rütbəsinə görə təbrik edir, fəaliyyətində daha parlaq QƏLƏBƏLƏRİN olmasını arzulayır.