Ermənistanın baş naziri Nikol Paşinyan güc strukturlarının rəhbərlərinin iştirakı ilə toplantı keçirir.
Hökumət başçısı daxili işlər naziri Vaqe Qazaryanı, Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyanı və hüquq-mühafizə orqanlarının digər yüksək rütbəli əməkdaşlarını iclasa dəvət edib. Eyni zamanda iclasda digər nazirlər və onların müavinləri də iştirak edir.
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın mediaya deyib ki, hazırda işçi müzakirə aparılır. Görüş iştirakçılarının konkret nəyi müzakirə etdiyi hələlik məlum deyil.
“Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündən hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər: “Nazirlərin görüşünün mayın 19-da baş tutacağı planlaşdırılır”.
M.Səfəryan görüşün harada keçiriləcəyini açıqlamayıb.