Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah, oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, XİN başçısı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak edəcək.
İclasda Çavuşoğlu ilə yanaşı, AŞPA-nın digər keçmiş rəhbərləri də iştirak edəcək.
Toplantıda Avropanın gələcəyi və Avropa Şurasının perspektivləri müakirə olunacaq.