Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.
TASS-a istinadən xəbər verilir ki, bunu yarımadanın rəhbəri Sergey Aksenov bildirib.
O deyib ki, hazırda nəqliyyat vasitələri prosedur yoxlamalardan keçərək körpüdə hərəkət edə bilərlər.
Xatırladaq ki, bu gün Krım körpüsü partladılıb. Nəticədə 3 nəfər ölüb.