“Ermənistanın Qarabağla heç bir əlaqəsi yoxdur” – Paşinyan ofisi

Artıq Ermənistanın Qarabağla heç bir əlaqəsi yoxdur.

Bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hökumətyönlü “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Eduard Ağacanyan “Factor TV”yə müsahibəsi zamanı deyib.

O bildirib ki, 44 günlük müharibə nəticəsində Ermənistanın artıq “Qarabağ xalqı”nın (red. Qarabağ ermənilərini nəzərdə tutur) hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyini təmin etmək imkanı və resursları yoxdur.

“Obyektiv reallıqlar artıq dəyişib”,-deyə Ağacanyan bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısına qatılan Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizidir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, – deyə bildirib.

Paylaşın: