Hulusi Akar ukraynalı nazirlə danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefonla danışıb.

TRT-yə istinadən xəbər verilir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter“ hesabında məlumat verilib.

Telefon danışığı zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı son vəziyyət müzakirə olunub.

Paylaşın: