Erməni jurnalistin ETİRAFI: “Bizimkilər Laçının Zabux kəndini talamağa başladılar”

Xəbər verildiyi kimi, Azərbaycanın Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan ermənilər avqustun 25-dək buranı tərk etməlidirlər. Çünki bu tarixdən sonra Laçın dəhlizi Azərbaycan tərəfinin nəzarətinə qaytarılacaq.

Onlara ciddi şəkildə tapşırılıb ki, evlərinə toxunmasınlar, çünki bu torpaqların əsl sahibləri, Birinci Qarabağ müharibəsi zamanı Laçın rayonundan qovulmuş azərbaycanlılar geri qayıdacaqlar.

Ancaq bu dəfə də ermənilər tərk edilmiş kənddə tələsik talana başlayıblar. Necə ki, 2020-ci ilin sonunda Kəlbəcər rayonundan qaçanda unitazları çıxarıb özləri ilə aparmışdılar.

Bu barədə erməni jurnalist Nairi Oxikyan Facebook səhifəsində yazıb.

“Avqustun 5-də axşam mənə zəng vurdular və xəbər verdilər ki, Zabuxda (ermənilər adını Aqavno qoyub) quldurluq edirlər. Kəndin rəhbərinə zəng vurdum. O, deyilənləri təsdiqlədi. Əgər belədirsə, tələsin, fürsət varkən evləri sökün, bacardığınızı oğurlayın, Zabux çayı boyunca ağacları kəsin.
Artıq qondarma rejimin bir qrup “məmuru” kəndin ərazisinə daxil olaraq quldurluq etməyə başlayıb. Onlar ağacları kəsirlər, camaatın əmlakını talayırlar. Mən də başqalarına səslənirəm. Siz də gedin, kənddə nə varsa oğurlayın”, – deyə o, qeyd edib. (Bizim.Media)

Paylaşın: