“Qarabağ” Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Klubun rəsmi feysbuk hesabına istinadən xəbər verilir ki, “köhlən atlar”ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.
Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında daha əvvəl səlahiyyətlərin tam olaraq “iTicket” şirkətinə məxsus olmadığını söyləyib: “Klubumuz tərəfindən dəvətnamələrin paylanılması səlahiyyəti bizdə idi. Azarkeşlərin və müraciət edənlərin istəyini başa düşürdük və onları biletlə təmin etməkdə əlimizdən gələn köməkliyi göstərməyə çalışırdıq. 30 min bilet satışa çıxırdısa, onun 1/3-i, bəzən isə 1/2-i dəvətnamə olaraq paylanılıb. Bu da müqaviləmiz olan “iTicket”in işinə və bilet satışına təsir edirdi. Bütün bunları nəzərə alaraq, həm dəvətnamələr, həm də satışa çıxarılan biletlərlə bağlı bütün səlahiyyətlər “iTicket” şirkətinə həvalə olunub”.
Qeyd edək ki, “Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını