Prezident: “Gürcüstan ərazilərini hərbi yolla qaytarmayacaq”

“Gürcüstan ərazilərini hərbi yolla qaytarmağa çalışmır və gələcəkdə də çalışmayacaq. Bu, bizim qəti qərarımızdır”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili 9 Aprel faciəsinin 33-cü ildönümü münasibətilə keçirilən qəbulda deyib.

O, Gürcüstan cəmiyyətini yumruq kimi birləşməyə çağırıb: “Bizi yalnız daxili qarşıdurmalar zəiflədir, bu isə istər daxili, istərsə də xaricdən düşmənlərə yol açır. Bir yumruq kimi birləşmiş cəmiyyət parçalana bilməz. Bu, bizim əhaliyə, Abxaziya və Tsxinval regionlarında yaşayan vətəndaşlarımıza da aiddir. Biz ortaq gələcək naminə onlarla nəhayət ümumi dil tapmalıyıq”.

Paylaşın: